“Putini yaxşı tanıyıram, hərəkətə keçməyin vaxtıdır” Tramp

08.12.2024

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanın münaqişənin həlli üçün Rusiya ilə saziş bağlamaq istədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Əsəd (Suriya Prezidenti Bəşər Əsəd – red.) getdi. O, ölkəsindən qaçıb. Vladimir Putin başda olmaqla, onun himayədarı olan Rusiya daha onu qorumaqda maraqlı deyil. İlk növbədə Rusiyanın orada olması üçün heç bir səbəb yox idi. Ukraynada heç vaxt başlamamalı olan və əbədi davam edə biləcək müharibədə 600 minə yaxın rus əsgərinin ölməsinə görə Suriyaya maraqlarını itirdilər. Rusiya və İran hazırda zəifləmiş vəziyyətdədir, biri Ukraynadakı müharibə və pis iqtisadiyyata görə, digəri İsrail və onun döyüş uğurlarına görə. Eynilə, Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski – red.) və Ukrayna da razılaşmaq və bu çılğınlığı dayandırmaq istəyirlər. Onlar gülünc şəkildə 400 min əsgər və daha çox mülki vətəndaşı itiriblər. Dərhal atəşkəs əldə olunmalı və danışıqlar başlamalıdır. Həddindən artıq çox insanın həyatı heç bir səbəb olmadan sona çatır, ailələr məhv edilir və bu, davam edərsə, daha böyük və daha pis bir şeyə çevrilə bilər. Mən Vladimiri (Ruisya Prezidenti Vladimir Putin) yaxşı tanıyıram. Hərəkətə keçməyin vaxtıdır. Çin kömək edə bilər. Dünya gözləyir!” – Tramp qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью