Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putinin Alyaskada ABŞ lideri Donald Trampla görüşü nəticəsib başa çatıb.
Siyasi şərhçi Qulu Məhərrəmli Gununsesi.info-ya açıqlamasında bildirib ki, əslində indiki şəraitdə və tərəflərin Ukrayna ərazilərini bölmək planı kontekstində Tramp-Putin sövdələşməsinin baş tutmaması ən yaxşı nəticədir:”Çünki bu sövdələşmənin alınması təkcə Ukrayna üçün yox, ümumən Avropa üçün də çox təhlükəli olardı”.
Qulu Məhərrəmli hesab edir ki, indi Putini sülhə gətirməyin bircə yolu var:
“Ukraynaya hərbi yardımları artırmaq və müharibəni tədricın Rusiyanın içərilərinə doğru çəkmək”.
Afət Abbasova
Gununsesi.info