Icma.az bildirir, Axar.az portalına istinadən.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Moskvaya Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə ona hədiyyə etdiyi gödəkçə ilə gəlib.
Axar.az xəbər verir ki, bununla bağlı Rusiya mediasında görüntülər yayılıb.
"Putin BƏƏ Prezidentini yola salarkən ondan zarafatla "Bu gödəkçə sizi Sank-Peterburqun soyuğundan qoruya bilirmi?" - deyə, soruşub.
BƏƏ lideri də cavab olaraq "Bu, həmin gödəkçədir, siz hədiyyə etmişdiniz" bildirib.
2022-ci ilin oktyabr ayında BƏƏ Prezidenti ilk dəfə Rusiyaya səfər edib. O vaxt Sankt-Peterburqda hava soyuq olduğu üçün Rusiya lideri gödəkçəsini çıxararaq Məhəmməd bin Zayed Əl Nəhyanın çiyinlərinə keçirib.