Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünən- sentyabrın 5-də Təl-Əvivdə 7 oktyabr- "HƏMAS" hücumunun və yaxud Qəzza savaşının başlanmasının 700-cü gününü qeyd edən nümayişçilər Qəzzada atəşkəs tələb edən nəhəng "SOS" işarəsi açıblar Moderator.az bu haqda "Əl-Cəzirə" və "Yerusalm pOst" nəşrlərinə istinadla xəbər verir.
Etirazçılar ABŞ konsulluğu qarşısındakı parkda "SOS" işarəsi ilə Qəzzada hələ də saxlanılan israilli əsirlər üçün vaxtın tükəndiyini göstəriblər.
"Hökumət xüsusilə girov ailələrinə və bütövlükdə İsrail vətəndaşlarına qarşı tükəndirmə müharibəsi aparır", -girov Omri Miranın həyat yoldaşı Lişay Lavi-Miran nümayişçilərə bildirib.
Lavi-Miranın sözlərinə görə, son günlər rəsmi dövlət nümayəndələri girov ailələri ilə ünsiyyət yaradıb və onlara verilən mesajlar dərin təşvişə səbəb olub.
Lavi-Miran deyib: “Bu mərhələdə mənə çox ətraflı məlumat vermək qadağandır və mən başqa ailələrə zərər vermək istəmirəm”.
“Lakin sizə birbaşa məlumat əsasında deyə bilərəm: İsrail hökuməti girovların öldürülməsi üçün zəmin yaradır..." Zəruri arayış: 3 sentyabr 2025-ci il tarixinə Qəzza Səhiyyə Nazirliyi və İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə Qəzza müharibəsində 66 700-dən çox insanın (64 739 fələstinli və 1 983 israilli) , o cümlədən 217 jurnalist və media işçisi həlak olduğu bildirilib.
Onlara 224-dən çox humanitar yardım işçisi, BMT-ninn Qəzzaya Yardım Fondunun("UNRWA")- 179 əməkdaşı daxildir .