Putinin atəşkəs elanı: Döyüşlər daha da şiddətləndi

19.04.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya hərbçiləri Xersonda mülki infrastruktura yenidən hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

Məlumata görə, bu gün, rus hərbçiləri Xersonda çoxmərtəbəli binaya PUA-larla hücum ediblər. Hücum nəticəsində ən azı altı mənzildə yanğın baş verib.

Zərbə nəticəsində ölənlər barədə hələlik məlumat yoxdur.

Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin “Pasxa barışığı” elan etdikdən sonra da bütün istiqamətlərdə döyüşlər davam edir. Ukraynanın şərqində xüsusilə intensiv atəşlər qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью