Putinin BƏƏ Prezidentinə jesti gündəm oldu

29.01.2026

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putindən 2022-ci ildə hədiyyə olaraq aldığı isti gödəkçəni geyinib.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubin Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Vladimir Putin qonağı yola salarkən Sankt-Peterburqda şaxtalı hava şəraitində ona verdiyi pencəyin vəziyyəti ilə maraqlanıb. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan isə gödəkçəni geyindiyini bildirib.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında BƏƏ Prezidenti Rusiyaya ilk rəsmi səfərini edib. Vladimir Putinlə danışıqlar havanın soyuq olduğu Sankt-Peterburqda baş tutub. Görüş zamanı Rusiya Prezidenti öz pencəyini çıxararaq qonağın çiyinlərinə qoymuş, özü isə kostyumda qalmışdı.

Bu jesti şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, həmin addım iki lider arasında qarşılıqlı hörmət və səmimi münasibətlərin xüsusi rəmzidir.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью