Putinin bu davranışı Şoltsu əsəbiləşdirib: Ona yenə ZƏNG EDƏCƏK

12.12.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə yenidən zəng etmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti yazıb.

“Bunu etmək lazımdır və mən bunu yenidən edəcəm. Amma bununla bağlı heç bir illüziyaya qapılmamalıdır”, - kansler Rusiya lideri ilə telefon danışığını şərh edərkən deyib.

Şolts deyib ki, o, Vladimir Putinin söhbət zamanı “bütün düsturlarını təkrarlamasından” əsəbiləşib.

Xatırladaq ki, dekabrın 2-də Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub. Siyasətçilər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Söhbət Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью