GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“ABŞ-ın Rusiya ərazisinə uzunmənzilli raket zərbələrinə Kremlin cavabı dağıdıcı olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armand Mema deyib.
“Niyə Avropa liderləri bu qədər axmaq olublar ki, nüvə dövlətinə uzaqmənzilli raketlərlə hücum etmək istəyirlər? Rusiyanın reaksiyası görünməmiş, dağıdıcı və fəlakətli ola bilər”, – o bildirib.
Qeyd edək ki, oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın “Tomaqavk” raketlərinin Rusiyaya qarşı mümkün istifadəsinə cavab olaraq Ukraynaya “heyrətləndirici” cavab vəd edib.
“Rusiya ərazisinə zərbələr endirmək üçün bu cür silahlardan istifadə edilərsə, cavab böyük olmasa da, çox ciddi olacaq. Qoy onlar bu barədə düşünsünlər”, – dövlət başçısı bildirib.
Əliyar Xəlil
Globalinfo.az