Putinin bu tarixə kimi Kursk planı... Zelenski | Icma.az
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin öz hərbçilərinə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi gününə, 2025-ci il yanvarın 20-nə qədər Ukrayna qoşunlarını Kursk vilayəti ərazisindən çıxarmağı əmr edib.
"Ölkə.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Putin üçün ən önəmlisi bizi Kursk vilayətindən sıxışdırıb çıxarmaqdır.
Bütün bu hekayələr, yeni raketlərlə nümayişkaranə zərbələr - bunların hamısı bir səbəbdir.
Əminəm ki, o, gələn il yanvarın 20-nə qədər bizi Kurskdan qovmaq istəyir", - Zelenski bildirib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı Putinin öz ərazilərini qoruya bilmədiyini göstərir, çünki Rusiya ordusunun bütün qüvvələri Ukraynanın işğal olunmuş ərazilərinə göndərilib.(axar.az) Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu