Icma.az bildirir, Axar.az portalına istinadən.
Avropa Birliyinin danışıqlarda kim tərəfindən təmsil olunacağı ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz noyabrın 10-11-də Əbu-Dabidə keçirilən üçtərəfli görüşü (ABŞ-Rusiya-Ukrayna) şərh edərkən deyib.
O qeyd edib ki, hazırda Almaniya, Böyük Britaniya və Fransanın daxil olduğu E3 formatı fəaliyyət göstərir. Bununla yanaşı, tərəflər bəzi məsələləri beş ölkənin iştirakı ilə daha geniş formatda da müzakirə edirlər:
“Bizim artıq sınaqdan çıxmış E3 formatımız var. Eyni zamanda, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşanın daxil olduğu beş ölkə formatında da bu məsələ üzərində qismən işləyirik. Bu formatın gələcəkdə də davam etməsində heç bir problem görmürəm”.
Merzin sözlərinə görə, məsələ qapalı müzakirələr zamanı müzakirə olunacaq. O, ilk növbədə Rusiya hökumətinin və Prezident Vladimir Putinin birgə danışıqlara razılıq verməsini gözlədiyini bildirib.
Almaniya kansleri Moskvanın Avropanın gələcək sülh nizamlanması prosesində iştirakına dair mövqeyində müəyyən müsbət siqnalların olduğunu da qeyd edib.
Onun fikrincə, Rusiya tərəfi Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərin Avropanın iştirakı olmadan müzakirə edilə bilməyəcəyini getdikcə daha çox qəbul edir.