Putinin “cəzalandırma” MEXANİZMİ Moskvanın sistematik planları nədən XƏBƏR VERİR? | Icma.a…
Yenicag saytına istinadən Icma.az xəbər verir. “Putin uzun oyun oynayır. O, Ukraynanı cəzalandırsa da, dayanmayacaq”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibənin sonlandırılması istiqamətdə əsas məqsədi ilə bağlı təhlil aparan Ukrayna Katolik Universitetinin professoru Yaroslav Hritsak yazıb.
Həmin təhlil yazısını təqdim edirik: “Müharibə haqqında yazan amerikalı yazıçı dostum var.
Son onilliklər ərzində o, Cənubi Sudan, Ruanda, Konqo, Əfqanıstan, İraq, Qəzza və digər münaqişə zonalarında olub.
Ukrayna məsələsində diqqətini cəlb edən bir hal var: burada kimin təcavüzkar, kimin qurban olduğu aydın şəkildə görünür.
Bosniya ilə yanaşı, Ukraynanın Rusiyaya müqaviməti, onun fikrincə, iki həqiqətən ədalətli müharibədən biri olaraq qalır.
Üç ildir ki, Putinin təcavüzünə qarşı ədalətli müharibə aparan Ukrayna, indi isə Donald Trampla ədalətsiz bir sülhlə üz-üzədir.
Ukrayna torpaqlarını itirəcək, itkilərinə görə kompensasiya almayacaq, müharibə cinayətləri cəzasız qalacaq və ukraynalılara gələcək Rusiya hücumlarından qorunmaq üçün lazımlı təhlükəsizlik təminatları verilməyəcək.
Tam oxu
Xəbəri oxu