Putinin Əhməd əl Şaraa ilə danışıqları başlayıb YENİLƏNİB

28.01.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa arasında görüş başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya-Suriya danışıqları Kremldə keçirilir.

Danışıqlarda Rusiya tərəfindən nümayəndə heyətinə müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Baş nazirin müavini Aleksandr Novak, müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov, prezidentin köməkçisi Maksim Oreşkin və Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyukov daxildir.

***

14:16

Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvaya gedib.

APA-nın Moskva bürosu xəbər verir ki, Suriya liderinin təyyarəsi "Vnukovo" hava limanına enib.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Əhməd əl-Şaraa işgüzar səhər yeməyi və ayrıca görüş çərçivəsində danışıqlar aparacaqlar.

Xatırladaq ki, bu, Əhməd əl-Şaraanın Rusiyaya ikinci səfəridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью