“Putinin əlinə oynayan addımları, çıxışları Tramp haqqında xeyli şübhələr oyadır...” | Icm…
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Çox güman ki, İlon Mask kimi dünyanın ən varlı iş adamının dəstəyinə malik olması da onun dünyanı hansısa dərin, qlobal gücləri ilə əlaqəsinə işarə edir...” “Trampın “KQB” agenti, yaxud Putinin təsir agenti olması haqda əlimizdə hər hansı bir sənəd olmadığından qəti bir fikir söyləmək çətindir.
Amma dediyiniz kimi, bu haqda Yuri Şvets kimi keçmiş “KQB” zabitləri iddialar irəli sürür.
Onun 1987-ci ildə Moskvaya ilk səfəri zamanı SSRİ xüsusi xidmət qurumları tərəfindən ələ alınması ilk baxışdan inandırıcı görünür.
Lakin təkrar edirəm, əlimizdə hər hansı bir sənəd olmadığı üçün qəti nəticəyə gəlmək olmur”.
Beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı bunu Moderator.az-ın “Sizcə, Tramp kimdir?
Doğrudan da bəzi keçmiş çekistlərin iddia etdiyi kimi, “KQB” agentidir, Putinin təsir agentidir, yoxsa sadəcə anormal psixikaya, xarakterə malik biznesi, şounu siyasətə qatmış bir məxluqdur?” sualını cavablandırarkən dilə gətirib.
“Ancaq onu da nəzərə almaq lazımdır ki, Trampın mənsub olduğu Respublikaçılar Partiyası Demokratlar Partiyasından fərqli olaraq istər keçmiş Sovet İttifaqına, istərsə də indiki Rusiyaya qarşı çox vaxt loyal mövqedə olublar.
Tam oxu
Xəbəri oxu