Yenicag saytına istinadən Icma.az xəbər verir. “Ukrayna danışıqlar prosesində aparıcı rol oynamalıdır”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin sonlanması üçün baş verməsi lazım olan proseslərdən danışan hərbi ekspert İqor Romanenko deyib.
Onun sözlərinə görə, Ukraynada döyüşlərə son qoymaq üçün aparılan danışıqlar məsələsi olduqca mürəkkəbdir: “İlk olaraq nəzərə alınmalı məqam ABŞ Prezidenti Donald Trampın atəşkəsin təminatçısı kimi çıxış etməyə çalışmasıdır.
Ancaq sərgilədiyi yanaşma həm Ukraynada, həm də Avropada çoxları üçün məqbul deyil. Çünki Tramp açıq-aşkar Putinin əlinə oynayır.
Nə qədər çətin olsa da, döyüşlərə son qoymaq yolunda irəliləmək lazımdır.
Nadir torpaq metalları ilə bağlı ilkin razılıq əldə olunub və təhlükəsizlik məsələlərində də irəliləyiş var.
Eyni zamanda, Ukraynanın da danışıqlarda iştirakı ilə nağlı müsbət mesajlar var.
Hazırda əsas və təxirəsalınmaz məsələlər üzərində iş gedir. Tramp və Putin qərara gəliblər ki, döyüşlər aprelə qədər dayandırılsın.