Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə əsas məqsədi ərazi və ya təbii sərvətləri ələ keçirmək deyil, əslində Sovet İttifaqını yenidən qurmaqdır. Bu baxımdan Ukrayna daha böyük planın yalnız başlanğıcıdır”.
Bizim.Media xəbər verir ki, bunu rusiyalı jurnalist Aleksandr Nevzorov deyib.
Onun iddiasına görə, Putinin Ukraynadakı müharibədə əsas planı gələcək hərbi məqsədlər üçün istifadə edə biləcəyi insan qüvvəsidir.
Nevzorovun fikrincə, Putin ələ keçirilən ərazilərin sakinlərini silahlandıraraq Şərqi Avropa ölkələrini yenidən Moskvanın nəzarətinə qaytarmaq və Sovet İttifaqının bu bölgələrdə əvvəlki nüfuz dairəsini bərpa etməkdir.
Bizim.Media