Icma.az, Yenisabah saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putinin imzaladığı yeni fərman “Nescafe” və “KitKat” brendlərinin istehsalçısı olan Nestlé şirkətini hədəf alıb. Nəticədə qida nəhəngi ölkədəki aktivlərini və fabrikini itirmək riski ilə üz-üzə qalıb.
“Yeni Sabah” Rusiya mətbuatına istinadən xəbər verir ki, dünyanın ən böyük qida istehsalçılarından biri olan Nestlé, Rusiyadakı fəaliyyəti və mülkiyyəti üzərindəki nəzarəti itirmək təhlükəsilə qarşılaşır. Ukrayna müharibəsi başlayandan bəri Qərb şirkətlərinə təzyiqləri artıran Moskva rəhbərliyi, xarici aktivlərə yönəlik addımlarını sərtləşdirib.
Ölkədə qəhvə, ev heyvanları üçün yem və uşaq qidası istehsal edən 6 fabriki olan Nestlé, yerli bir şirkətin müraciəti və yeni fərman çərçivəsində müvəqqəti idarəçiliyə verilə bilər. Pepperoni pizza
Dövlət başçısının fərmanı ilə elan edilən addımları qiymətləndirən Nestlé prosesi yaxından izlədiyini bildirib. Şirkət rəhbərliyi işçiləri və digər tərəfdaşlarının hüquqlarını qorumaq, fəaliyyətin davamlılığını təmin etmək üçün bütün zəruri addımların atılacağını açıqlayıb.
Gələcəklə bağlı dəqiq planlar təqdim edilmədiyi üçün Nestlé-nin Sürix birjasındakı səhmləri günün ilk əməliyyatlarında 1,5% dəyər itirib. Əsas qida məhsulları təmin etdiyi əsası ilə Rusiyadan tamamilə çəkilməyən markanın gələcəyi qeyri-müəyyən olaraq qalır.
Rusiya mətbuatının verdiyi məlumata görə, “KS Logistika” adlı yerli firma Putindən Nestlé-nin Rusiyadakı aktivlərinin müvəqqəti idarəçiliyə verilməsini xahiş edib. Analitiklər Rusiyanın daha əvvəl Danone və Carlsberg kimi dünya nəhənglərinə də eyni üsulu tətbiq etdiyini xatırladaraq, müvəqqəti idarəçilikdən sonra mülkiyyətin sahib dəyişdirmə ehtimalının yüksək olduğunu vurğulayırlar.
Mütəxəssislər Nestlé-nin Rusiyadakı fabrik və nağd vəsaitlərini geriqayıtmaz şəkildə itirmək riski daşıdığını qeyd edirlər. Eyni fərman çərçivəsində Fransanın “Auchan” pərakəndə qrupunun da idarəçiliyi yerli firmaya həvalə edilib.