Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Alyaska sammitindən sonra ona verdiyi fotoşəkli Ağ Evin divarına asıb.
Bu barədə "PBS" kanalının jurnalisti Elizavet Landers “X” sosial şəbəkə hesabından paylaşım edib.
O, Ağ Evin Qərb Qanadını Amerika Prezidentinin iqamətgahı ilə birləşdirən foyedə Tramp və Putinin Ankoric sammitindəki birgə şəklini gördüyünü bildirib.
Landers tərəfindən paylaşılan şəkildə, liderlərin birlikdə çəkdirdikləri şəklin altında nəvəsinin əlindən tutmuş Trampın çərçivəyə salınmış şəkli də görünür.
"AzPolitika.info"
