Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... FOTO+VİDEO

20.01.2025

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanın oğlu Levon Köçəryan Rusiya xaçpərəstlərinin İsanın xaç suyuna çəkilməsi bayramını xüsusi ayinlə qeyd edib.

Moderator.az xəbər verir ki, civic.am nəşrinin yaydığı məlumata görə, L.Köçəryan donmuş Göyçə gölünə baş vurub və bir dəqiqəyə yaxın su altında qalıb.

Qeyd edək ki, Levon Köçəryan hazırda Ermənistan parlamentinin ən fəal müxalif deputatlarındandır. Bəzi məlumatlara görə, o, atasının dostu, Rusiya diktatoru V.Putin tərəfindən Paşinyanın devrilməsindən sonra Ermənistan liderliyinə məhz L.Köçəryanı hazırlayır...

Xatırladaq ki, 2018-ci ilədək V.Putin də hər il İsanın xaç suyuna çəkilməsi bayramını buzlu suya girməklə qeyd edirdi.

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью