Putinin hədəfi Odessadır, müharibə dayanmayacaq

02.12.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin artıq ikinci gündür ki, müharibəni bitirmək planının olmadığını göstərən açıqlamalar verir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb.

"Dünən o, bütün qışı döyüşməyə hazır olduğunu söylədi. Bu gün isə o, dəniz limanlarını və naviqasiya azadlığını təhdid edir. Və bu təhdidlər əsasən, Odessaya yönəlib. Rusiya başlatdığı qan tökülməsinə son qoymalıdır. Əgər bu baş verməsə və Putin yenidən dünyanın üzünə tüpürsə, nəticələr eyni olacaq. Rusiya bunu dayandırmalıdır", - Sibiqa yazıb.

O, əlavə edib ki, Ukrayna Ukraynaya ədalətli sülh gətirə biləcək bütün səyləri tam dəstəkləyir.

Qeyd edək ki, Putin bu gün Ukraynaya qarşı təzyiqləri gücləndirəcəkləri barədə açıqlamalar verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью