Putinin hədiyyə etdiyi sülh pişiyi öldü

06.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putinin Yaponiyanın şimal-şərqindəki Akita əyalətinin qubernatoruna hədiyyə etdiyi pişik “Mir” ölüb.

"Cebheinfo.az" xəbər verir ki, Akita əyalətinin qubernatorluğunun açıqlamasına görə, bu, Putinin 2013-cü ildə qubernator Satake Norihisaya hədiyyə olaraq göndərdiyi erkək Sibir cinsli pişikdir.

Pişiyə qulluq edən Satake Mirin məşhur görüntülərini hər il Yaponiyada 22 fevral "Milli Pişik Günü"ndə sosial şəbəkədə yayımlayırdı.

Mavi gözləri və tüklü boz tükü ilə bütün ölkədə “Putinin hədiyyəsi” kimi tanınan pişiyə rusca sülh mənasını verən “Mir” adı verilmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью