GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rusiya sadəcə dekabr və yanvar aylarından müharibədə 65 mindən çox itki verib”.
Globalinfo.az bildirir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
O, Rusiya Prezidenti Vladimir Putinin davranışlarının dəlilik olduğunu söyləyib:
“Rusiya bu müharibədə qalib gəlmir. Onlar Donetskdə və digər ərazilərdə kiçik, çox əhəmiyyətsiz qazanclar əldə edirlər. Amma daha çox insan itirirlər. Biz müharibədə öz xalqını qurban verməyə hazır olan bir diktatorla qarşı-qarşıyayıq”.
Əliyar Xəlil
Globalinfo.az