Putinin həyatı və hakimiyyəti müharibədən asılıdır: Kreml bunu seçdi

31.08.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, bunu “The Economist” yazıb.

Nəşr Kremlə yaxın mənbələrə istinadən bildirib ki, 2026-cı ilin yayında həftələrlə davam edən müzakirələrdən sonra V.Putin gücünü və həyatını qorumaq üçün gərginliyi artırmaq qərarına gəlib. 

Rusiya Prezidentinin adının açıqlanmasını istəməyən uzunmüddətli müttəfiqlərindən birinin sözlərinə görə, ehtimal ki, V.Putin Con Retkliffin səfərini ABŞ-nin zəifliyinin əlaməti kimi qiymətləndirib. Mənbə xatırladıb ki, 2021-ci ilin noyabrında – Birləşmiş Ştatların keçmiş Prezidenti Cozef Baydenin hakimiyyəti dövründə, həm vaxt MKİ-nin direktoru olan Bill Börns Moskvaya səfər etmişdi. Qeyd olunub ki, V.Putin həmin səfəri də oxşar formada qiymətləndirib.  

O zaman B.Börns Rusiya Prezidentini Ukraynaya müdaxilə etməmək barədə xəbərdar etməyə çalışıb.

“Putinin ağlında nə tutduğunu heç kim bilə bilməz. Lakin müharibənin başlaması, eskalasiyasının səbəbləri, məsələn, hücum qərarı, daxili xarakter daşıyır. Onun əsas məqsədi həmişə öz gücünü və nəticədə öz həyatını qorumaq olub”, - nəşr yazıb. 

Məqalədə bildirilib ki, Rusiyanın heç bir iqtisadi və ya siyasi problemi V.Putin üçün ölümcül olmasa da, o, həmişə özünü zəif göstərməmək məntiqi ilə hərəkət edir. 

“Rusiya sistemi zorakılığa qarşı olduqca tolerantdır, uğursuzluğa qarşı isə amansızdır. Putin, ehtimal ki, bütün Şərqi Donbası ələ keçirmək kimi minimal məqsədə belə çatmadan müharibəni bitirməyin onu fiziki təhlükəyə atacağına inanır”, - “The Economist” yazıb.

Nəşrin qeyd etdiyi kimi, bütün bunlar eskalasiyanı V.Putin üçün cəlbedici edə bilər, lakin onun necə hərəkət edəcəyi hələ də bəlli deyil:

“Rusiya, çox güman ki, Ukraynanın müttəfiqlərinə qarşı hibrid müharibə və təxribatları gücləndirəcək, eləcə də Avropadan Ukraynaya təchizat yollarına hücum edəcək. Qərb kəşfiyyat orqanları Rusiyanın Avropada Ukraynanın hərbi ehtiyacları üçün material istehsal edən fabriklərə hücum edə biləcəyindən qorxur.

Ukrayna daxilində eskalasiya Rusiyanın artıq gördüyü tədbirlərin genişləndirməsi deməkdir”.
Rusiya Müdafiə Nazirliyinin avqustun 30-da Ukraynanın enerji infrastrukturuna qarşı kütləvi hücuma hazırlıqları elan edib. 

Qeyd edək ki, MKİ direktoru Con Retkliff Moskvaya səfəri zamanı müharibəyə son qoymaq üçün ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin arasında üçtərəfli formatda görüş təklif edib. 

Buna cavab olaraq V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, sammit yalnız razılaşmaların rəsmiləşdiriləməsi üçün keçirilə bilər.

Ukraynanın müdafiə naziri Yevgeni Xmaranın sözlərinə görə, Rusiya yalnız Ukraynanın ayr-ayrı bölgələrini ələ keçirməklə məqhdudlaşdırmaq niyyətində deyil, bütün ölkə üzərində nəzarəti ələ keçirmək istəyir. 

Mürtəza
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью