Putinin illik böyük mətbuat konfransına hazırlıq Süni intellektdən istifadə olunacaq

07.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Dekabrın 19-da Rusiya Prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransı və birbaşa xətti olacaq.

Publika.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, suallar toplusu dekabrın 8-nə keçən gecə açılacaq. Mətbuat konfransında federal, regional və beynəlxalq mətbu orqanlarının jurnalistləri, habelə Rusiya Federasiyasında akkreditə olunmuş xarici media orqanlarının nümayəndələri akkreditasiya olunacaqlar.

“Yeniliklərdən biri odur ki, vətəndaşların suallarının işlənməsi prosesində geniş və tətbiqi şəkildə süni intellekt istifadə olunur”, - deyə Peskov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью