“Putinin kölgə poçtu”: Yüklər Rusiyaya necə çatdırılır?

25.01.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Jurnalistlər Almaniyadakı “Rusiya Poçtu” işçilərinin şəbəkəsi vasitəsilə göndərilən bağlamaları izləmək üçün GPS izləmə cihazlarından istifadə ediblər. Söhbət müntəzəm olaraq Moskvaya göndərilən yüzlərlə ton bağlamadan gedir.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Bağlamalar əvvəlcə Berlin hava limanı yaxınlığındakı anbara toplanır. Daha sonra yük maşınları ilə Polşa və Belarus üzərindən Rusiyaya daşınır. Yüklərin Rusiyaya rəsmiləşdirilməsi üçün Almaniyada fəaliyyət göstərmək hüququ olmayan “Özbəkistan Poçtu”nun sənədlərindən istifadə edilir.

Jurnalistlər tərəfindən göndərilən, tərkibində mikroelektronika olan bütün bağlamalar heç bir maneə ilə qarşılaşmadan Moskvaya çatıb”, - nəşr bildirib.

Məlumata görə, logistika şirkətinə “Rusiya Poçtu”nun törəmə şirkəti olan "RusPost GmbH" firmasının keçmiş baş direktoru Dmitri V. rəhbərlik edir”, - məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью