Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Moskvada səfərdə olan ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə ilkin məsləhətləşmələr aparıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Uşakov Uitkoff və Kuşnerin Moskvada qaldığı, Kremlin bir addımlığında yerləşən "Four Seasons" hotelinə gəlib, amerikalı nümayəndələrlə görüşüb.
Qeyd edək ki, Uitkoff və Kuşner noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar nəticələrini müzakirə etmək üçün bu gün Rusiyaya səfər ediblər. Amerikalı nümayəndələrin bu gün Putin tərəfindən Kremldə qəbul ediləcəyi bildirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin