Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr Əbu-Dabidə davam etdiriləcək, lakin növbəti raundun konkret tarixi hələ müəyyənləşdirilməyib.
APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
O qeyd edib ki, tərəflər BƏƏ-nin paytaxtında Rusiya tərəfini tam qane edən əvvəlki üçtərəfli formatda dialoqun davam etdirilməsi ilə bağlı prinsipial razılığa gələ biliblər, lakin yeni görüşün vaxtı hələ razılaşdırılmayıb.
Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib. Danışıqların əsas mövzusu Rusiya və Ukraynanın təhlükəsizliyi olub. Yekunda tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.