Putinin köməkçisi Ukrayna ilə hərbi əsir mübadiləsinin detallarını açıqlayıb

04.06.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Rusiya iyunun 7-dən 9-dək Ukrayna tərəfi ilə hərbi əsirlərin mübadiləsinə başlamağa hazırdır".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski dövlət başçısı Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi müşavirədə deyib.

"Təxmin edirik ki, hər tərəf 1 200 nəfər qaytaracaq və bu, yenə də ən böyük hərbi əsir mübadiləsi olacaq", - deyə o vurğulayıb.

Medinskinin sözlərinə görə, paritet üzrə yekun rəqəm razılaşdırılır və mübadilə üçün birinci növbəli kateqoriyalar yaralılar, ağır xəstələr və 25 yaşdan kiçik hərbi əsirlər olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью