Axar.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinin Vladivostokdakı kortejində “Katran” hədəf təyinetmə sisteminə malik hava hücumundan müdafiə (HHM) mobil qrupunun avtomobili görünüb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Avtomobilin yük yerində kuzov hissəsində “Kreçet+” termal görüntüləmə sistemi olan fərqli bir platforma yerləşdirilib və bu sistem həmçinin “Katran” antidron sistemi ilə təchiz olunub.
Sistem PUA-ları məhv etmək üçün PКТ tipli iki pulemyot daşıya bilir.
Kompleksə həmçinin radiolokasiya stansiyası və optik əlavə kəşfiyyat sistemi daxildir.