Putinin kortejinə skuterlə çatmağa çalışdı VİDEO

16.08.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada maraqlı hadisə baş verib.

Moderator.az "AST-54 Black" "Telegram" kanalına istinadən xəbər verir ki, elektrikli skuter sürən bir nəfər Prezident Vladimir Putinin avtomobilinə çatmağa çalışıb. İnsident avqustun 11-də Putinin Novosibirskə işgüzar səfəri zamanı baş verib. Yerli sakin yüksək sürətlə kortejdəki maşınları təqib edərək prezidentin olduğu əsas avtomobilə çatmağa istəyib.

İnsident kameraya düşüb. Yayılan görüntülərdə skuterlə hərəkət edən bir kişinin küçədə kortejlə paralel getməsi aşkar görünür. O, surəti artırmaqla maşınları təqib edir və Putinin avtomobili ilə olan məsafəni azaltmağa çalışır.

Naməlum vətəndaşın "təqib" cəhdi uğursuz olub. Skuter kortejdən xeyli geridə qalıb. Hələlik həmin şəxsin prezidenti daşıyan avtomobili hansı səbəbdən təqib etməsi müəyyənləşməyib.

(publika)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью