“Putinin məhbusu” həbsxanada öldü

18.03.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Uxta şəhərində yerləşən istintaq təcridxanasında 56 yaşlı Vladimir Osipov ölüb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Məhbus vəkili” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hüquq müdafiəçiləri Osipovu daha əvvəl siyasi məhbus kimi tanımışdı. Bildirilir ki, onun səhhətində ciddi problemlər olsa da, məhkəmə mərhələsində müalicə əvəzinə təcridxanaya göndərilib.

“Onun sağlamlıq problemləri məhkəmənin diqqətinə çatdırılmışdı. Lakin müalicəyə göndərmək əvəzinə Uxta SİZO-suna yerləşdirildi və ölüm xəbəri də oradan gəldi”, – deyə məlumatda qeyd olunur.

Vladimir Osipov 2024-cü ilin noyabrında Rusiya ordusu ilə bağlı “saxta məlumat yaymaq” ittihamı ilə saxlanılmışdı. İstintaqa görə, o, sosial şəbəkədə paylaşımlarında Vladimir Putini Krım körpüsündə terror aktı təşkil etməkdə ittiham edib və rus hərbçilərinin Donbasda uşaqları öldürdüyünü yazıb.

2025-ci ilin noyabrında məhkəmə onu 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib. “Memorial” layihəsi isə Osipovu siyasi məhbus kimi tanıyıb.

Onun işi üzrə apellyasiya baxışı martın 5-də başlayıb və növbəti iclasın martın 19-da keçirilməsi planlaşdırılırdı. Bu səbəbdən Osipov yenidən istintaq təcridxanasına köçürülmüşdü.

Məlumatlara görə, o, hipertoniya və böyrək daşı xəstəliyindən əziyyət çəkirdi. Məhkəmə prosesləri zamanı tez-tez təcili yardım çağırılsa da, xəstəxanaya yerləşdirilməyib. Təcridxanada isə vəziyyətinin daha da pisləşdiyi bildirilir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью