Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Almaniya hökuməti Rusiya prezidenti Vladimir Putinin kansler Fridrix Merzlə təmaslara hazır olması barədə sözlərini nəzərə alıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına Almaniya Nazirlər Kabinetinin nümayəndəsi məlumat verib.
"Biz Putinin bəyanatlarını nəzərə aldıq", - deyə Almaniya hökuməti qeyd edib.
Bundan əvvəl Sankt-Peterburqda dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə təşkil edilən görüşdə Putin Rusiyanın Almaniya ilə təmaslardan imtina etmədiyini və kansler Merz istəsə, əməkdaşlığa hazır olduğunu vurğulamışdı.
İnformasiya agentliklərinin rəhbərləri ilə görüş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində baş tutub.
Qadir, Bizimyol.info