Putinin Modi ilə görüşündə müzakirə ediləcək məsələlər müəyyənləşib

08.09.2026

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Rusiya prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modi arasında keçiriləcək görüşdə müzakirə ediləcək məsələlər müəyyənləşib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitriy Peskov deyib.
Peskov deyib ki, 11 sentyabrda Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə Putin xüsusi hərbi əməliyyat zonasındakı mövcud vəziyyət barədə danışacaq. Kremlin mətbuat katibi xatırladıb ki, liderlərin görüşü Yeni Dehlidə keçiriləcək BRICS sammitindən əvvəl baş tutacaq.
"Prezident Putinin hindistanlı dostuna Ukrayna ilə münaqişənin ön cəbhəsindəki mövcud vəziyyət barədə daha ətraflı məlumat vermək üçün əla fürsəti olacaq", - deyə Kremlin sözçüsü bildirib.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью