Putinin mühafizəçiləri dronla gəzməyə başladılar VİDEO KONKRET

29.07.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Rusiya prezidenti Vladimir Putini Qızıl Meydanda mühafizə edən şəxslərdən birinin əlində pilotsuz uçuş aparatı görünüb.

KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı radiotexnika və pilotsuz uçuş aparatları üzrə ekspert Sergey Beskrestnov öz Teleqram kanalında video yayımlayıb.

Arxa planda Putinin Rusiya müdafiə naziri Andrey Belousovun müşayiəti ilə zabitlərlə əl sıxması göstərilir. Prezidentdən bir neçə metr aralıda isə qutuda qismən gizlədilmiş yaşıl rəngli PUA  tutan bir adam görüntülənir.

Müəllif videonun mayın 9-da keçirilən paraddan sonra lentə alındığını və mühafizəçinin əlində “Yolka” dronuna bənzər obyektin olduğunu ehtimal edir. Bu cür təyyarələr, xüsusən “Baba Yaga” PUA-larını məhv etmək üçün istifadə olunur. Əvvəllər Putinin qatıldığı tədbirlərdə onun ətrafındakı insanların üzərində belə qurğulara rast gəlinməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью