Putinin müraciəti Trampa idi: Xəbərdarlıq etdi

22.11.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın “Yujmaş” müəssisəsinin ərazisinə “Oreşnik” orta mənzilli ballistik raketinin döyüş sınağı Rusiyanın Qərb ölkələrini Ukrayna münaqişəsində iştirakını gücləndirməkdən çəkinməyə inandırmaq cəhdi idi.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniyanın “Ekonomist” jurnalı yazıb.

Nəşr qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin ötəngünkü video-müraciətinin əsas auditoriyası, görünür, münaqişəyə “yanaşmasını formalaşdıran” ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası olub:

“Beləliklə, noyabrın 19-da yeni nüvə doktrinasını dərc edən Moskva xəbərdarlıq edir ki, Kiyev və Qərbin hərbi səylərinə cavab olaraq stavkanı artıra bilər”.

Jurnal iddia edib ki, “Oreşnik”in tətbiqi raketlərdən istifadə etməklə hərbi əməliyyatların yeni dövrünün bir hissəsidir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью