Putinin nümayəndəsi Uitkoffun Moskvaya səfərini dünya üçün vacib gün adlandırıb

02.12.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev bu günü dünya üçün vacib adlandırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Dmitriyev bunu bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçiriləcək görüşdən danışarkən bildirib.

Onun sözlərinə görə, Prezident Trampın Qəzza sülh müqaviləsini hazırlayan komandası Ukraynadakı sülh gündəliyini irəli aparmaq üçün Moskvada olacaq.

Qeyd edək ki, Kreml Putin-Uitkoff görüşünün dekabrın 2-də günün ikinci yarısında keçiriləcəyini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью