Putinin özəl təyyarəsi məhv edilib Cəmi iki ədəd istehsal olunmuşdu

26.11.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

 Ukraynanın gecə saatlarında həyata keçirdiyi genişmiqyaslı dron əməliyyatı nəticəsində Rusiyanın dünyada cəmi iki ədəd istehsal etdiyi ultra-məxfi A-60 lazer sistemi ilə təchiz edilmiş təyyarə tamamilə məhv edilib.

Məlumata görə, hücum Rusiyanın Taqanroq şəhərində yerləşən Beriyev aviasiya zavoduna yönəlib. 

Zərbələrdən sonra ərazidə “nüvə partlayışı effekti”ni xatırladan parıltı müşahidə edilib. İlkin məlumatlara əsasən, A-60 lazer təyyarəsi tamamilə yararsız hala düşüb, 3 nəfər həyatını itirib, azı 16 nəfər yaralanıb.

Bəzi mənbələr Putinin nüvə daşıyıcısı kimi istifadə olunan Tu-95MS bombardmançısının olduğu anbarın da hədəfə alındığını bildirir.

Qeyd edək ki, A-60 Rusiyanın hava müdafiə sistemlərini lazer texnologiyası ilə gücləndirmək üçün hazırlanmış, üzərində illərlə gizli sınaqlar aparılan strateji layihələrdən biri sayılırdı. Sözügedən təyyarədən Rusiyada cəmi iki ədəd olduğu bildirilir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью