Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Rusiyanın Ukraynada Pasxa atəşkəsi ABŞ prezidenti Donald Trampı heyrətləndirmək cəhdindən başqa bir şey deyildi”.
“AzPolitika” xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro yerli mətbuata açıqlamasında bildirib.
Fransa XİN rəhbərinin sözlərinə görə, Rusiya diktatoru Vladimir Putinin qondarma “Pasxa barışığı” ilə bağlı jesti qeyri-səmimi olub və sırf siyasi məzmun daşıyıb.
“Onun bir qədər gözlənilmədən elan etdiyi “Pasxa atəşkəsi” prezident Trampın səbrini itirməməsi və qəzəblənməsinin qarşısını almaq məqsədi daşıyan marketinq əməliyyatı əməliyyatı idi”, - deyə nazir bildirib.
“AzPolitika.info”