Putinin Pezeşkiana hədiyyələri gündəm oldu VİDEO

19.01.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin ölkəyə səfər edən iranlı həmkarı Məsud Pezeşkiana samovar və Rusiyada qışı əks etdirən tablo hədiyyə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalisti Pavel Zarubin öz teleqram kanalında paylaşım edib.

"Cənab prezident, bu, Rusiyanın, sizin səfərinizin xatirəsidir. Rusiya qışda belə görünür", - Putin Pezeşkiana şəkili göstərərək deyib. "Bu isə bizim ənənəvi məhsulumuzdur - samovar!", - o bildirib.

Qeyd edək ki, yanvarın 17-də Rusiya və İran prezidentləri Kremldə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Saziş müdafiə, terrorizmlə mübarizə, enerji, maliyyə məsələləri, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiyanı əhatə edir.
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью