Putinin “qələbə“ bəyanatları ritorik gedişdir ISW

29.06.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kreml rəhbərinin açıqlamaları Rusiyanın qaçılmaz qələbəsi görüntüsü yaratmağa hesablanıb

Rusiya prezidenti Vladimir Putinin iyunun 28-də səsləndirdiyi bəyanatlar Rusiyanın hərbi məqsədlərinə çatacağı görüntüsünü yaratmağa və diplomatik həll variantlarını rədd etməyə yönəlib.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildirib.

Putin Rusiyanın inkişafını dayandırmaq cəhdlərinə qarşı kifayət qədər resurs və siyasi iradəyə malik olduğunu, həmçinin Ukrayna ordusunun guya bütün cəbhə xətti boyunca geri çəkildiyini iddia edib.

ISW isə hesab edir ki, bu bəyanatlar Kremlin Qərb və Ukraynaya təzyiq göstərərək onları Rusiyanın tələblərini qəbul etməyə məcbur etmək üçün istifadə etdiyi növbəti ritorik gedişdir. Analitiklərin fikrincə, 2026-cı ildə Rusiyanın döyüş qabiliyyəti zəifləyir və hərbi yolla qarşıya qoyduğu məqsədlərə çatmaq imkanları sual altındadır.

Hesabatda qeyd olunur ki, Putin Ukraynanın uzaqmənzilli zərbələrinin Rusiyaya təsirini dolayısı ilə etiraf etsə də, ölkədəki iqtisadi və sosial problemlərin miqyasını kiçiltməyə çalışıb.

Xatırladaq ki, Putin daha əvvəl Rusiyanın Sum vilayətində "təhlükəsizlik zonası" yaratmaq, Donbası və "Novorossiya" adlandırdığı digər Ukrayna ərazilərini tam ələ keçirmək niyyətində olduğunu bildirib. O, həmçinin müharibəni dayandırmaq fikrində olmadığını, lakin danışıqların davam etdiyini də etiraf edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью