Putinin Qətər əmirinə bağışladığı qızılquş bəy kimi yaşayır

15.09.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qətər mətbuatında əmir Təmim bin Həməd əl-Taninin 2016-cı ildə Rusiyaya səfəri zamanı prezident Vladimir Putunin bağışladığı qızılquş barədə maraqlı məlumat yer alıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 10 il əvvəlki hədiyyə hazırda əmirin sarayında saxlanılır.

Məqalədə Kamçatka şunqarı növündən olan bu qızılquşun digər yırtıcı quşlarla birlikdə yaxşı bəsləndiyi bildirilir. Əmir ov üçün xarici dövlətlərə getdikdə quşları özü ilə aparır. Üstəlik, onların hamısına çip bağlanıb ki, bu da quşların itməsini mümkünsüz edir. Məqalədə həmçinin, 100-ə yaxın xidmətçinin ov quşlarının qulluğunda dayandığı da qeyd olunur.

Yeri gəlmişkən, Qətərin ərazisi kiçik olduğundan orada ov etmək yasaqdır. Bu həm də vəhşi heyvanların qorunması üçündür. Bu məqsədlə ov etmək istəyənlər başqa dövlətlərə, əsas da Səudiyyə Ərəbistanı, İraq, Əlcəzair və Monqolustana getməli olurlar.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью