GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putinin yeni reytinqi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İctimai Rəy Fondu”nun (FOM) rəsmi saytında dərc olunub.
Sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 79 faizi Vladimir Putinin prezident kimi fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 8 faizi prezidentin fəaliyyətinə mənfi yanaşdığını bildirib, 13 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.
Bundan əlavə, sorğuda iştirak edənlərin 78 faizi Putinə güvəndiyini, 11 faizi isə etibar etmədiyini qeyd edib. Eyni sayda insan bu suala cavab verməkdə çətinlik çəkib.
Əliyar Xəlil