Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Putinin ciddi şəkildə maraqlandığı görünən “ömür uzatma layihəsi” o deməkdir ki, prezident özünə varis hazırlamadan dünyadan köçəcək.
Məntiq sadədir: “Mən uzun yaşayacağamsa, varisə nə ehtiyac var?”Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözlər Putinin keçmiş nitq yazarı, politoloq Abbas Qalyamovun yeni yazısında yer alıb.Qalyamov burada Çin bayramlarında Kreml rəhbərinin uzun ömür arzusu ilə bağlı rezonans doğuran etirafının nəticələrindən bəhs edir.“İstənilən avtokratın ölümü şəxsi hakimiyyətə əsaslanan rejimdə və tam fəaliyyətsiz institutlar şəraitində sistem üçün həmişə stresdir.
XVIII əsr Rusiyasındakı saray çevrilişləri dövrünü xatırlayın.
O, I Pyotrun köhnə taxt-tac varisliyi qaydasını dağıtması, yenisini isə qurub tam təsbit etməməsi ilə başladı.
İnstitusional boşluqda hakimiyyəti hər kəs öz gücü hesabına ələ almağa çalışdı.
Bu xaos yalnız köhnə, Pyotrun əvvəlindəki qaydanın bərpasından sonra dayandı.Müasir Rusiyada isə nəinki qanun, hətta Konstitusiya da asanlıqla dəyişdirilir.
Burada qalibə hüquq yox, güc qərar verir. Bu səbəbdən də müxtəlif qruplar gücünü ölçəcək.