Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vladimir Putinin səhhətinin kəskin şəkildə pisləşdiyi və həkimlərin onu xilas etməli olduğu barədə şayiələr son günlərdə Kremldəki bir neçə mənbə tərəfindən səsləndirilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Kremlevskaya Tabakerka” Teleqram kanalı məlumat yayıb.
Kanal iddia edir ki, həkimlər Putini son anda ölümdən xilas ediblər.
“Kreml daxilində ciddi insanlardan eşitmişəm ki, Vladimir Vladimiroviçin bir neçə xəstəliyi birdən kəskinləşib.
Hətta az qala ölüb və həkimlər onu bir neçə saat xilas etməyə çalışıb. Bunun, çox güman ki, doğru olmadığını başa düşürəm.
Amma yenə də qorxuludur”, – yüksək vəzifəli mənbə etiraf edib. Bənzər məlumatlar digər mənbələr tərəfindən də təsdiqlənib.
Bəzi mənbələr Putinin xərçəngdən, digərləri isə ürək problemlərindən əziyyət çəkdiyini iddia edirlər.