Putinin səsi niyə dəyişib? Video

26.11.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Kreml Putinin dəyişən səsinə aydınlıq gətirib.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, Vladimir Putinin Bişkekə səfəri zamanı Qırğızıstan prezidenti Sadık Japarovla apardığı danışıqlarda səs tonunun dəyişməsi (batması) diqqəti cəlb edib.

Rusiya prezidenti danışıqlarında səsi onun normal səs tonundan daha qalın olub.

Kremlin mətbuat katibi Dmitri Peskov Putinin səsində müşahidə olunan dəyişikliyi “adi bir hal kimi” qiymətləndirib.

Peskov deyib ki, “Səs bir az batıb, bu, bəzn olur.”

Bundan əvvəl Putin illik tibbi müayinədən keçdiyini bildirmişdi. Müayinə demək olar ki, 2 sutka davam edib və Prezident həmin gecələrdən birini tibbi müəssisədə keçirməli olub. O, sağlamlıq yoxlanışının nəticələrindən "hər çey yaxşıdır" sözləri ilə bəhs edib.

İlhamə Qasımlı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью