Putinin Si Cinpinlə görüşdə dediyi bu sözlər təəccübləndirdi VİDEO KONKRET

20.05.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü zamanı Çin atalar sözünü xatırladıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“Bildiyimizə görə, Çində belə bir ifadə var:

‘Bir gün görüşməyəndə sanki üç payız keçib’, – deyə Putin bildirib.

Qeyd edək ki, Putin və Si Cinpin mayın 20-də Pekində danışıqlar aparıblar. Görüşün ilk hissəsi Tyananmen meydanında yerləşən Xalq Yığıncaqları Evində məhdud tərkibdə keçirilib və təxminən bir saat yarım davam edib.

Daha sonra nümayəndə heyətləri geniş tərkibdə danışıqları davam etdiriblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью