Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsi fonunda Prezident Vladimir Putinin hakimiyyətin
Xüsusilə Putinin varisinin kim olacağı ilə bağlı suallar tez-tez gündəmə gəlir.
Bu istiqamətdə fərqli şəxslərin adları çəkilsə də, son zamanlarda Vladimir Putinin əmisi nəvəsi Anna Sivilyevanın adı xüsusi hallanmağa başlayıb.
A.Sivilyeva hazırda Putinin sərəncamı ilə Rusiyanın müdafiə nazirinin müavini vəzifəsini icra edir, həm də dövlət katibi statusu daşıyır.
A.Sivilyeva bu statusla müdafiə nazirinin icazəsi olmadan birbaşa Kremlə sözünü demək imkanına malikdir.
Putinin Sivilyevaya bu qədər diqqət verməsi nə ilə bağlıdır? O, Rusiya prezidentinin həqiqətən varisi ola bilərmi?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya cəmiyyəti olduqca mühafizəkar cəmiyyətdir: “Rusiyada arzuedilən dövlət başçısı “mujik”, yəni sərt kişi xarakteridir.
Rus cəmiyyəti sərtliyi çox sevir. Bu gün Vladimir Putinin ciddi şəkildə cəmiyyətdən dəstək görməsinin səbəbi də məhz budur.