Putinin sözçüsü: Ərazilər Rusiya Federasiyasının ayrılmaz hissəsidir

27.02.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ ilə danışıqlarda Rusiyanın yeni ərazilərinin statusu ilə bağlı danışıb.

Kremlin sözçüsü Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın subyektinə çevrildiyini söyləyib.

"Ölkəmizin konstitusiyasında qeyd olunan Rusiyanın subyektinə çevrilmiş ərazilər Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Bu, tamamilə danılmaz və müzakirə olunmayan faktdır", - deyə Peskov vurğulayıb.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью