Putinin sözçüsü: Hər kəs bilməlidir ki, İran müttəfiqimizdir

04.04.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

"Rusiya prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev ABŞ-da mühüm görüşlər keçirib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərlə ənənəvi görüşündə deyib.

Onun sözlərinə görə, o, i Kiril Dmitriyevin ABŞ-dakı danışıqları və Ukraynaya zəmanət verilməsi ilə bağlı aparılan müzakirələrin detalları haqqında danışmayacağını da sözlərinə əlavə edib.

ABŞ-ın İrana qarşı günü gündəndən sərtləşən ritorikası barədə suala da cavab verən Peskov bildirib ki, Rusiya hazırda ABŞ ilə münasibətləri bərpa etməyə çalışır: "Lakin hər kəs bilməlidir ki, İran həm də dərin əlaqələrimiz olan tərəfdaşımız və müttəfiqimizdir".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью