Putinin sözçüsü: “Kiyev administrasiyasının mövqeyi qeyri sabitdir

16.04.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

“Kiyev administrasiyasının mövqeyi qeyri-sabitdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 18 mart tarixindən etibarən enerji stansiyalarına 30 günlük hücumların dayandırılması ilə bağlı razılaşma olsa da, buna əməl edilməyb: "Qaldı anlaşmanın nə vaxt bitəcəyinə, bu barədə ABŞ-la danışıqlar olacaq. Dəfələrlə dediyimiz kimi, Ukrayna bu razılaşmaya əməl etməyib. Onlar bu müddətdə Rusiyanın enerji infrastrukturuna hücumlar çəkib. Təəssüf ki, Kiyev həm bu, həm də yenidən səfərbərlik vəziyyətinin 90 gün uzadılması ilə bağlı qeyri-sabit mövqedədir".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью