Putinin sözçüsü: Ukraynanın razılamaya əməl etməməsi fəlakətdir”

14.04.2025

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


“Ukraynanın elektrik stansiyaları ilə bağlı razılamaya əməl etməməsi fəlakətdir”.
Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında martın 18-də keçirilən danışıqlardan sonra Rusiya və Ukraynanın enerji və infrastruktur obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəlsələr də, qarşı tərəf buna əməl etmir: "Ukrayna ordusu hələ də Rusiyanın enerji infrastrukturlarına hücum edir. Bunun iki səbəbi ola bilər: ya Kiyev hakimiyyəti razılaşmanı istəmir, ya da öz qoşunlarını və əsgərlərini nəzarətdə saxlaya bilmir. Bunların hər ikisi fəlakət xəbərçisidirdir. Bilirinsiz ki, son aylar Ukraynanın ABŞ-la əlaqələri yaxşı deyil. Əlbəttə, Kiyev rəsmilərinin iyrənc davranışı Tramp administrasiyasına da xoş deyil..."
E.ARAZ
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью